AZ

Bu gün “Qalatasaray” çempion ola bilər

Bu gün “Qalatasaray” çempion ola bilər



 15:30 19.05.2024     113

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.

Demedia.az xəbər verir ki, 37-ci turda “Qalatasaray” evdə “Fənərbaxça”nı qəbul edəcək. “Rams Qlobal Stadionu”nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunu Arda Kardeşler idarə edəcək.

Bu komandalar arasında son görüşdə “Qalatasaray” 3:0 hesablıqələbə qazanıb.

Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyır. Əgər “Qalatasaray” heç-heçə etsə və ya qələbə qazansa, çempionluğu rəsmiləşdirəcək.

“Fənərbaxça”ya isə bu və son turdakı görüşdə qalib gəlməli, “Qalatasaray”ın məğlub olmağını gözləməlidir.

Hazırda turnir cədvəlində “Qalatasaray” 99 xalla liderdir, “Fənərbaxça” isə 93 xalla 2-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
8
demedia.az

10Mənbələr