AZ

Xankəndidə açılan sabah- Şəhər yenidən qurulur- VİDEO  

 

İş adamı Xəqani İbrahimov Xankəndinin indiki halını çəkərək Musavat.com-a göndərib.

Videodan aydın olur ki, Xankəndidə böyük yenidənqurma, inşaat işləri gedir.

Vaxtilə separatçı rejimin əski parçasının əks olunduğu Xankəndi stadionunda indi Azərbaycan bayrağı dalğalanır.

Şəhərdə qondarma rejimin bütün saxta nişanları götürülüb, şəhər tarixi vəziyyətinə qaytarılıb.  Bu gün Xankəndidən top səsləri yox, yenidənqurma, abadlıq hüzur səsləri gəlir. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular.

İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir, şəhər çiçəklənir.

İş adamının çəkdiyi videonu təqdim edirik:

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
41
musavat.com

10Mənbələr