AZ

Gürcüstan Prezidenti qalmaqallı qanun layihəsinə veto qoydu

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Prezident bu gün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, bu qanun Gürcüstan konstitusiyasına, bütün Avropa standartlarına ziddir və eyni zamanda, ölkənin Avropa yoluna maneədir.

“Veto hüquqi baxımdan düzgün olduğu üçün bu gün parlamentə təqdim olunacaq. Qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir. Bu qanun ləğv edilməlidir", - deyə Zurabişvili vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib.

Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
31
unikal.az

10Mənbələr