AZ

Zaqatalada avtomobil yolun kənarındakı ağaca çırpılıb

Zaqatalada ağır yol qəzası vaş verib. Yol-nəqliyyat hadisəsi zamanı bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndi ərazisində baş verib. 

Hadisə şahidlərinin sözlərinə görə, Qandax kənd sakini, 38 yaşlı Ramil Bayramovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. 

İlkin məlumatlara əsasən qəzaya səbəb nəqliyyat vasitəsinin ön şinində baş verən nasazlıq göstərilir. 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramil Bayramov Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, müayinə edildikdən sonra xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. 

Həkimlər pasiyentin vəziyyətinin orta-ağır olduğunu bildirirlər. 

Baş vermis yol-nəqliyyat hadisəsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
18
bizim.media

10Mənbələr