AZ

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.

News365.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.

Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
28
news365.az

10Mənbələr