AZ

"İçkimə nəsə qatmışdılar, həmin gecə..." - Roza Zərgərli - VİDEO

"Üç il bundan əvvəl xaricdə olan tədbirlərin birində içdiyim içkiyə nə isə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım mən oxuya bilmədim. Mən muğam ifaçısı deyiləm. O tədbirdə milli janrın nümayəndələri və televiziya işçiləri vardı".

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi bildirib ki, onu zəhərləyən həmkarının kimliyini bilir:

"Bu haqda danışmırdım ona görə ki, o şəxslər öz istəyinə nail olmadılar. Roza yenə də var. Məni zəhərləyən həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim var. O, milli üslubda bir ifaçıdır.

Mənə də maraqlıdır ki, həmin şəxs bunu niyə edib? Mən muğam janrının ifaçısı deyiləm. Onlar gedən toylara getmirəm. Dəvət də almadığıma görə getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Yaradan insanı qoruyur. Yaradan özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə, mən sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
25
musavat.com

10Mənbələr