AZ

Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?

Ermənistana yatırılan sərmayələr regional inteqrasiyanı təmin edə bilər, bir şərtlə... 
 
2024-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ermənistana görünməmiş sərmayələr yatırmağı planlaşdırır - 500 milyon avro. Bu barədə AYİB prezidenti Odil Renaud-Basso Bankın mayın 15-də İrəvanda keçirilən illik iclası zamanı məlumat açıqlayıb. 
 
Onun sözlərinə görə, bu, Ermənistana sərmayə qoyuluşu baxımından Bank üçün tarixi göstərici olacaq. Bank prezidenti xatırladıb ki, indiyədək AYİB Ermənistanda 210 layihəyə 2 milyard avrodan çox sərmayə qoyub. Təkcə son beş ildə AYİB Ermənistana 640 milyon avro sərmayə qoyub ki, bunun da 80 faizi özəl sektorun inkişafına ayrılıb.
 
Odil Renaud-Basso izah edib ki, Bankın fəaliyyəti 5 komponentə əsaslanır: informasiya texnologiyaları, maliyyə sisteminin sabitliyi, biznes mühitinin inkişafı, yaşıl gündəm və regional əlaqə: “Ermənistanda İT sahəsində ciddi ekspert potensialı formalaşıb, ölkə xarici şirkətləri cəlb edir və Bank bu sahədə dəstək verməyə hazırdır. Müvafiq vergi və pul siyasətinin həyata keçirilməsi nəticəsində bir neçə il ərzində maliyyə sistemi ciddi sabitlik nümayiş etdirmişdir. Ermənistan Mərkəzi Bankı ilə səmərəli əməkdaşlıq qurulub. Biz həmçinin özəl sektorun maliyyə imkanlarını artırmaq üçün kommersiya bankları ilə işləyirik. İrəvanda nəqliyyat sahəsində ”yaşıl gündəliyin" həyata keçirilməsi emissiyaların 210 min ton azalmasına səbəb olub. Bu, nəzəri olaraq 500 min avtomobilin yollardan yoxa çıxmasına bərabərdir. Biz bərpa olunan enerji sahəsində daha çox işlər görməyə hazırıq".
 
Bu günlərdə yayılan xəbərə görə, Ermənistan hökuməti Zəngəzur vilayətində yeni gömrük və logistika mərkəzinin inşası üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 10 milyon avro kredit alacaq. Ermənistan mediası yazır ki, mərkəz Zəngəzur vilayətinin Şaki kəndi yaxınlığında (Qarakilsədən 7 km məsafədə, Şimal-Cənub avtomobil dəhlizinə bitişik ərazidə) 7,7 hektar torpaq sahəsində inşa ediləcək. Bunun üçün AYİB səhmdarlarının xüsusi fondundan 2 milyon avro qrant ayrılacaq. Layihə çərçivəsində yeni inzibati binanın tikintisi nəzərdə tutulub. Gömrük mərkəzində giriş-çıxış istiqamətində 5 zolaq və 100 ton ağırlığında 2 tərəzi olacaq. Ermənistan hökuməti hesab edir ki, Zəngəzur vilayətində belə mərkəzin yaradılması prioritet məsələdir, çünki sözügedən ərazidə 2 müvəqqəti saxlama anbarı olsa da, onların kifayət qədər ərazi və tikinti şəraiti, o cümlədən vilayət ərazisində xarici malların dövriyyəsi üçün gömrük xidmətinin səmərəli təşkili məqsədilə lazımi texniki avadanlıqlar yoxdur. Ermənistan ilə AYİB arasında “Zəngəzur Gömrük və Logistika Mərkəzi” kredit sazişinin layihəsi Ermənistan üçün əlavə maliyyə öhdəliklərinə səbəb olacaq. Mərkəzin inşası Aİ-nin Ermənistan üçün iqtisadi və investisiya proqramı ilə planlaşdırılır və hazırda xarici iqtisadi fəaliyyət üçün xidmət mərkəzlərinin yaradılması üzrə qəbul edilmiş proqramın tərkib hissəsidir.
 
Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA
 
Fikrət Yusifov 
 
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadığı müddətdə bu dövlətə yönləndirilən sərmayələrin heç bir əhəmiyyəti yoxdur: 
 
“Ermənistan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə artıq uzun müddətdir ki, əməkdaşlıq edir. Lakin son zamanlar bu əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Görünən budur ki, Ermənistanın son zamanlar Rusiya ilə bağları kəsib, Avropa ilə yaxınlaşmaq istiqamətində atdığı addımlar, fəaliyyəti daha çox Avropanın siyasi dirijor çubuğu ilə idarə olunan Avropa Yenidənqurma və İnkişaf Bankını da ”həvəsləndirib". Bankın Ermənistana layihələr üçün böyük həcmdə kreditlər verilməyə dair planları da bu “həvəsdən” qaynaqlanır. 
 
Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistana bu dəstəyinin nə qədər uğurlu olacağını zaman göstərəcək. Rusiya - Ermənistan münasibətlərində yaranmış gərginliyin nə ilə yekunlaşacağı hələlik məlum deyil. Avropa daxil, bütün dünyada hər kəs çox yaxşı bilir ki, Ermənistan Rusiya tərəfindən Azərbaycan torpaqlarında yaradılmış bir dövlət Rusiyanın Cənubi Qafqazda forpostudu və onu bu günə qədər ayaq üstə saxlayan da Rusiyadır. Bunun müqabilində Ermənistanın Rusiya qarşısında yazılmamış tarixi bir öhdəliyi - ağasına hizmət göstərmək öhdəliyi var. Bu öhdəlikdən boyun qaçırmaq nə qədər realdır, Ermənistan bunu edə biləcəkmi? Və ya Ermənistan gerçəkdən bunu  etməyə qalxarsa, onun aqibəti necə olacaq? Rusiya Ermənistanın Qərbin qucağına atılmasına heç nə olmamış kimi göz yumacaqmı? Yaxın zamanda bütün bu sualların cavabı olacaq. 
 
Ermənistan, Rusiya ilə münasibətlərində yaranmış gərginliyin nə ilə nəticələnəcəyi baxımından anlamalıdır ki, Azərbaycan və Türkiyənin dominant olduğu bir bölgədə onun bir dövlət kimi yaşaması bu iki ölkə ilə normal münasibətlərin qurulmasından və normal əməkdaşlıqdan keçə bilər. Əks halda onun bu bölgədə bir dövlət kimi qalmasının heç bir perspektivi yoxdur. Bir sözlə, yerləşdiyi regionda nə şərqə, nə qərbə çıxışı olmayan, şimala çıxışı torpaq iddiaları ilə mütəmadi narahat etdiyi Gürcüstan üzərindən keçən, yeganə cənuba - İrana çıxışı olan və Qərblə hərbi ittifaqı dərinləşdirmək səbəbindən münasibətlərində sərinlik yaranan Ermənistan reallıqları olduğu kimi dəyərləndirə bilməsə, onun bir dövlət kimi sonunun nə ilə yekunlaşacağına heç kim təminat verə bilməz..."
 
Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir
 
Natiq Cəfərli
 
“Respublikaçı Alternativ” (REAL) partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a şərhində bildirib ki, son zamanlar Avropa maliyyə institutlarının Ermənistana marağının artmasının siyasi səbəbi var: “Ermənistanı Rusiyanın təsirlərindən çıxarmağa çalışırlar. Rusiyanın Ermənistana təsirinin azalması qlobal olaraq Azərbaycan və Türkiyə üzərindən mümkündür. Azərbaycan və Türkiyə ilə münasibətlər yaxşılaşmadan Rusiyanın Ermənistanda təsirlərini azaltmaq mümkün deyil. Bunu Qərb institutları da bilirlər. İnvestisiyalar daha çox infrastruktur layihələrinə ayrılır. Azərbaycandan fərqli olaraq Ermənistanda infrastruktur-avtomobil, dəmir yolları bərbad vəziyyətdədir. Yəni bu investisiyaların böyük hissəsi  xüsusilə avtomobil və dəmir yollarının yenidən qurulmasına sərf olunacaq. Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması artıq son mərhələyə qədəm qoyur. Yəqin ki, bu il ərzində ciddi irəliləyiş əldə olunacaq. Bu, faktiki olaraq, Azərbaycan, Türkiyə və Ermənistan arasında kommunikativ münasibətlərin gələcəkdə inkişafına xidmət edəcək. Yəni, Ermənistana külli miqdarda sərmayənin ayrılması Azərbaycana, yaxud Türkiyəyə qarşı yönəlmiş addım deyil. Bu, sadəcə Ermənistanı Rusiyanın təsirindən xilas etmək və gələcəkdə regional inteqrasiyanı təmin etmək üçündür”.
 
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində Ermənistanda investisiya imkanları sessiyasında çıxış edən Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Cənubi Qafqaz yalnız region dövlətlərinin maraqları nəzərə alınmaqla inkişaf edə bilər: “Yalnız regionun bütün dövlətlərinin iştirakı, onların həyati maraqlarını birləşdirməklə Cənubi Qafqazda dayanıqlı inkişafın ilkin şərtlərini yaratmaq mümkün olacaq”, - o bildirib.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
34
moderator.az

10Mənbələr