AZ

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
 
Moderator.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,72% artaraq 84,82 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,98 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
 
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
49
moderator.az

10Mənbələr