AZ

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Bakı, 18 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müvafiq olaraq Abşeron və Qaradağ Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz tikilən obyektlər sökülüb.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
49
azertag.az

10Mənbələr