AZ

Gəncədə qəzaya uğrayan avtomobil yandı

Gəncədə 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yol kənarındakı maneəyə çırpılıb. Qəzadan sonra minik maşınında yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Avtomobildə olan yanğın söndürülüb.

Ağır xəsarət alan sürücü 2000-ci il təvəllüdlü Koroğlu Qasımov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
17
unikal.az

10Mənbələr