AZ

Bakıda qayınatası gəlinini amansızlıqla BELƏ ÖLDÜRÜB: Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - VİDEO

Zaman-zaman ölkədə ağılasığmaz cinayətlərin baş verdiyinin dəfələrlə şahidi olmuşuq. Ailə daxili cinayətlərdən tutmuş tanışını, dostunu, sevgilisini və ya birlikdə yaşadığı qadını qətlə yetirən, müdirini, atasını, qardaşını güllələyən bir çox  cinayətin üstü zaman keçdikdə açılıb və şübhəli şəxslərə layiqli cəzalar verilib. Lakin ölkə daxilində baş vermiş elə dəhşətli cinayətlər də var ki, onlar illər, bəlkə də, 10 illər keçsə də, heç bir zaman unudulmur və yaddan çıxmır.

Qlobal.net Referans.az-a istinadla “Bir Ömürlük Faciə” rublikasında zaman-zaman baş vermiş, lakin bu günlərdə xatırlanmayan dəhşətli cinayətləri sizə təqdim edəcək.

Cinayət işi...

2021-ci il yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilən naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması və hadisəni isə zərərçəkmişin qayınatası - 1946-cı il təvəllüdlü İ.Məhərrəmov tərəfindən törədildiyi müəyyənləşdirilib.

Belə ki, İ.Məhərrəmov gəlinin baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarına atıb.

Məhkəmə Tibbi Ekspertizasının rəyinə görə, B. Məhərrəmovanın ölümünə beyin toxumasına qansızma, sol təpə sümüyünün sınığı ilə müşayət olunan travmatik şok səbəb olub. istintaqla müəyyən edilib ki, yanvarın 26-sı saat 15 radələrində İ.Məhərrəmov evdə arvadının olmamasından və azyaşlı nəvələrinin digər otaqda oynamaqlarından istifadə edərək qisas məqsədilə gəlnini öldürməyi qərarlaşdırıb.

Qadının fiziki cəhətdən ondan güclü olduğunu düşünərək zirzəmidən çəkici götürərək Banının olduğu yataq otağına gəlib. Arxadan yaxınlaşıb baş nahiyəsinə həmin alətlə iki dəfə zərbə vurub. Sonuncunun aman diləməsinə əhəmiyyət verməyib gəlinin rəhmsizliklə əllərindən tutub sürüyərək əvvəlcə onu qonaq otağına, ordan isə eyni üsulla zirzəminin qarşısına aparıb. Niyyətini başa çatdırmaq üçün mətbəxdən bıçağı götürüb yenidən yanına qayıdıb və qarın nahiyəsinə çoxsaylı xəsarətlər yetirib. Banı Məhərrəmovanın öldüyünə əmin olub balta və bıçaqla meyiti hissələrə ayırıb. Daha sonra həmin hissələri torbalara yığaraq özünə məxsus “Hyundai” markalı avtomobilin yük hissəsinə qoyub.


Fotoda: Banı Məhərrəmova

İ.Məhərrəmov həmin gün saat 20 radələrində onları 4-cü mikrorayonda məişət tullantıları konteynerlərinə atıb. İş üzrə dindirilmiş İdris Məhərrəmov bildirib ki, oğlu Fariz 2015-ci ildə Banı ilə ailə həyatı qurub. Həmin vaxtdan onlarla birlikdə yaşayıblar. 2016-cı ildə ilk övladları dünyaya gəlib. 2017-ci ildə Banı ilə Fariz arasında böyük narazılıqlar yarandığından gəlni Naxçıvana gedib və atasının evində təxminən 4-5 ay qalandan sonra geri qayıdıb. 2018-ci ilin payızında ikinci övladları anadan olub. Bundan sonra Banı daha da aqressivləşib və digər ailə üzvləri ilə yanaşı onunla da söyüşlə danışmağa başlayıb.

2020-ci ilin yanvar ayında Fariz arvadını yataq otağında başqa kişi ilə danışarkən tutub. Lakin sonuncu telefonun kodunu söyləmədiyi üçün onun kimlə danışdığını bilməyib. Oğlu Kanadaya getdikdən sonra arvadı B. Məhərrəmova  gəlnin kənar şəxslə telefonla danışmasını müəyyən edib və bu barədə ona deyib. İdris ayın 25-i saat 18 radələrində evə gələndə həyətlərində Banı ilə bir nəfər tanımadığı oğlanın pilləkənin qarşısında söhbət etdiklərini görüb. Oğlandan kim olduğunu soruşanda o özünü itirərək kim olduğunu deməyib. Banı həmin an oğlanın qarşısına keçərək onun dayısı oğlu olduğunu deyib. O, iradını bildirdikdə gəlni bunun şəxsi həyatı olduğunu deyib.

Belə ki, istintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
qlobal.net

10Mənbələr