AZ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan arasında görüş keçirilib.

BiG.AZ xəbər verir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına parlamentlərin dəstək verə biləcəyi məsələlər dəyərləndirilib.

Tərəflərin parlamentlər səviyyəsində dialoqun davam etdirilməsi barədə razılığa gəldiyi və görüşün konstruktiv şəraitdə keçdiyi qeyd edilib.

Qafarova və Simonyan BMİ-nin təşəbbüsü və vasitəçiliyi ilə martın 22-də Cenevrədə görüşüblər.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
2
big.az

10Mənbələr