AZ

“Molokan” bağına giriş bağlandı - foto

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb. 

Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. 

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti bildirildi ki, hasarlanma parkın ərazisinin genişləndirilməsi ilə əlaqədardır: “Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri ilə aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mart ayının əvvəllərindən etibarən Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Həmçinin həftəsonları bağın yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə mədudiyyət qoyulur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
32
buta.media

10Mənbələr