AZ

Füzulidə avtomobil aşdı - Xəsarət alan var

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, sürücü avtomobil hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Xalid Razi oğlu Vəliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

 

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
5
avtosfer.az

10Mənbələr