AZ

ABŞ erməni əsilli iş adamına sanksiya tətbiq etdi

Amerika hakimiyyəti Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlığa cəlb olunduğu iddiası ilə iki Rusiya vətəndaşı və üç Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiya tətbiq edilənlər siyahısına Rafael Qazaryan və onunla əlaqəli olan “Trans Capital” və “Rafort” şirkətləri də salınıb. Bundan əlavə, məhdudiyyətlər Aleksey Budnev və ona məxsus olduğu iddia edilən "Texnologiya" şirkətinə də təsir edəcək.

Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Nuranə Abbasova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
26
unikal.az

10Mənbələr