AZ

DSK: Apreldə işsizlik səviyyəsi 5.5 faizdə sabit qalıb

2024-cü il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsiz əhalinin sayı 286.9 min nəfərdən 287 min nəfərə yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu ölkədə işsizlik səviyyəsinin 5.5 faizdə (5.46%) sabit qalması deməkdir. Sonuncu dəfə işsizlik səviyyəsi 2023-cü ilin mayında 5.6 faizdən 10 baza bəndi düşmüşdü.

Ölkədə iqtisadi fəal əhalinin sayı 5260.1 min nəfər olmuş, onlardan 4973.1 min nəfərini məşğul əhali təşkil edib.

Cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 748.9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899.8 min nəfər, qeyri-dövlət sektorunda isə 849.1 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 717.3 min nəfər çalışmışdır.

9607

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
banker.az

10Mənbələr