AZ

Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib (FOTO)

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətiTacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvətiləİqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başprokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbəşəhərində işgüzar səfərədir.

Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri TacikistanPrezidenti cənab Emomali Raxmon tərəfindən qəbul ediliblər.Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlərarasında hüquq mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusəncinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionumuzdasabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarınınrolunu qeyd edib.

Görüşdə Baş prokuror Kamran Əliyev İƏT-ə üzv dövlətlərin başprokurorları adından Tacikistan Prezidentinə qəbula görətəşəkkürünü bildirərək ölkəmizin Prezidenti cənab İlham ƏliyevləTacikistan Prezidenti cənab Emomali Raxmonun sarsılmaz səylərinəticəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunuvurğulayıb.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasıkeçirilib. İclası giriş nitqi ilə açan Tacikistanın Baş prokuroruYusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vəbeynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti cənabİlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqislahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətininmüasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədədanışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə mövzusunda çıxış edib. Ölkəmizin terrorçuluğa qarşımübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu,həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlarauyğunlaşdırldığını bildirib.

Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğalaltında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorununmüəllifi olduğunu qeyd edərək, işğal dövründə 1.5 milyondan çoxmina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən bugünə kimi təxminən 3500 nəfər azərbaycanlının minadan zərərçəkdiyini, 4000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmişərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləriçərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdəkütləvi insan qalıqlarının aşkar edildiyi barədə ətraflı məlumatverib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədəbirləşdirilməsinin zəruriliyindən bəhs edib.

Baş prokuror çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyialtında ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu vəölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa vəquruculuq işlərinin aparıldığı barədə həmkarlarına məlumatverib.

Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabr ayında ölkəmizinBeynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı vəÜmumi Yığıncağına, noyabr ayında isə dünyanın ən mötəbər beynəlxalqtədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-aev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan,İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistanvə qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığınınprokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətininin Tacikistana səfəri davam edir.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Baş
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
21
az.trend.az

10Mənbələr