AZ

Azərbaycanın su ehtiyatları 15%-dək azalıb

İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.

Bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”.

Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
19
banker.az

10Mənbələr