AZ

Evdə köməksiz qalan azyaşlı xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Salman Məlikov və Xətai rayonu, Fəzahir Bayramov küçələrində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a veilən məlumata görə, dərhal FHN-in müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb ediliblər.

Binəqədi rayonunda xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.

Həmçinin, Xətai rayonunda xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə iyirmidördmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2015-ci il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
teleqraf.com

10Mənbələr