AZ

“Bakı fəhləsi”nin gəlirləri kəskin artıb

Bakı fəhləsi maşınqayırma zavodunun (BFMZ) maliyyə göstəriciləri 2023-cü ildə xeyli yüksək olub.

Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, ötən il ərzində 4.566 mln. manat əsas əməliyyat gəliri əldə edib.

Bunun 2022-ci ildə 1.818 mln. manatlıq olduğunu nəzərə alsaq, bu, illik müqayisədə 2.749 mln. manat və ya 2.5 dəfə artımdır.

Bakı fəhləsi maşınqayırma zavodu neft-qaz, neft-kimya sənaye avadanlıqlarının, onlar üçün lazımi alət və ehtiyat hissələrinin layihələrini işləmək, hazırlamaq xidmətləri göstərir. Zavodun 22.3 mln. manat nizamnamə kapitalı var və bu kapital 100% payla “Russel” şirkətinə məxsusdur.

Zavodun hesabatından məlum olur ki, il ərzində cəmi 1.073 mln. manat xalis mənfəət əldə edib. 2022-ci ildə şirkətin xalis mənfəəti 0.069 mln. manat idi.

56789765432

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
47
banker.az

10Mənbələr