Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.61 ABŞ dolları, yaxud da 0.73% artaraq 83.94 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 0.89 ABŞ dolları və ya 1.10% artaraq 81.45 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.