AZ

Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.

Hakan Fidan Qəzzada ən qısa zamanda qalıcı atəşkəsin yaradılmasının vacibliyinə toxunub. Eyni zamanda, o, humanitar yardımların bölgəyə çatması qarşısındakı maneələrin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb. Fidan, İsrailin Rəfaha hücumunun da qəbuledilməz olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
nocomment.az

10Mənbələr