AZ

"Nə qədər iş, o qədər aş".... "İşçinin ay ərzində işlədiyi saat qədər maaş alması daha dəqiq hesab olur"

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Belə ki, bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Əmək haqqının saatlıq hesablanması nə deməkdir? İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu təklifi irəli sürənlər təklifi detalları ilə izah etsələr, daha yaxşı olar. Əkrəm Həsənov “Təklif edənlər bunu daha ətraflı izah etsinlər, niyə belədir. Dünyada müxtəlif yanaşmalar var. Bəzilərində saat hesabıyla hesablanır, bəzilərində aylıqdır. Belə ümumiləşdirilmiş götürsək, fərqi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, həftəlik iş saatı 40 saatdır. Gündə 8 saat, 5 gün. Yəni orta hesabla, aylıq oradan çıxarılır. Yəni belə konkret baxsaq, bəzi aylar uzun, bəzi aylar da qısadır. Bəzilərində iş günü çox, bəzilərində də azdır. Saat hesabı olanda daha dəqiq olur. Yəni daha aya görə hesablanmır. Məsələn, işçinin bir ayda neçə saat işlədiyi hesablanır. Hər saata görə minimal əmək haqqı olur. Bu baxımdan da saat hesabı sərfəli görünür. Mənim fikrimcə, ikisi də eynidir. Sadəcə saat hesabında daha konkret olacaq. Çox işləyəndə çox alacaq işçi, az işləyəndə az” -deyə Əkrəm Həsənov əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
5
bizimyol.info

10Mənbələr