AZ

Xankəndidə yalnız məşuqələr xoşbəxt idi - Baqdasaryan

1994-cü ildən sonra Xankəndi üçün nələr etdik? Əslində Xankəndi üçün heç nə etməmişik! Kimsə düşünürsə ki, şəhərin mərkəzini abadlaşdırmaq, çoxlu sayda saray tikmək firavanlıq deməkdir, yanılır. Xankəndi yalnız Azərbaycan SSR-in tərkibində olanda abad şəhər olub. 1988-ci ilə qədər Xankəndidə çoxlu sayda kombinat, fabrik, şərab zavodu və sair var idi. İnsanlar burada işləyir, maaş alırdılar.

Olaylar xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan Teleqram kanalında paylaşdığı videoda deyib.

"Lakin Birinci Qarabağ müharibəsindən sonra Xankəndi bütün bu müəssisələrsiz qaldı. Bunun əvəzinə Xankəndi sakinləri öz sərvətlərinə böyük diqqət yetirdilər. Təsadüfi deyil ki, şəhərdə "artsax" "məmurlarına", "generallarına" və "prezidentlərinə" məxsus olan nəhəng sarayları görürük. 1994-cü ildən bu yana şəhər necə inkişaf etməyə bilərdi? Təmiz idi, xoş idi, amma şəhər pul qazanmalı, məhsul verməlidir, Xankəndi isə erməni büdcəsinin boynuna oturdu. Əslində buradakı qurumlar diaspordan pulları yuyub və bura qohumbazlıq şəhəri olub. Eyni teleaparıcının bütün xalqın siması olduğu, dövlət ansamblında eyni qızın oxuduğu, eyni qadının Bako Saakyan və parlament rəhbəri ilə yatdığı, altı televiziya qadınının "yüksək vəzifəli" şəxslərin məşuqəsinə çevrildiyi və özlərini kraliça kimi hiss etdikləri Xankəndi şəhərində bir dənə də olsun bomba sığınacağı yox idi. Doğrudanmı zirzəmilər sakinlərin əlindən alınıb, onlara yaxın adamlara verilməli idi? Xankəndi heç vaxt ədalətli şəhər olmayıb", - o bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
41
olaylar.az

10Mənbələr