AZ

Azərbaycanda ikinci vençur fondu yaradılacaq

Azərbaycanda ikinci vençur fondunun yaradılması ilə bağlı aktiv iş gedir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Fintex Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla belə, vencur investisiyaları üçün qanunvericilik əsası yaranmalıdır.

“Bu sektora investisiyaların qoyulması üçün mələk investisiya fondları da var. Artıq 3 belə Fond ölkəmizdə fəaliyyət göstərir. Mələk investor fondlarının aktivliyi ürəyimizcə olmasa da, daha aktiv olmalarını gözləyirik. Hazırda bizim əhatə etdiyimiz startapların 30-35%-i fintex sahəsindədir. Bu da, təəcüblü deyil. Çünki indi ən aktiv sahə maliyyə sektorudur” – İnarə Vəliyeva əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
50
banker.az

10Mənbələr