AZ

Abşeronda yağmursuz, bölgələrdə yağış, duman, dağlarda şaxta

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. 

Şimal-qərb küləyi əsəcək. Gecə 10-13°, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nis­bi rütubət gecə 70-75, gündüz 45-55 faiz olacaq. Azərbayca­nın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarak­terli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yük­sək dağlıq ərazilərdə qar yağa­cağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə ola­caq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Ha­vanın temperaturu gecə 8-12°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Q.QASIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
49
xalqqazeti.az

10Mənbələr