AZ

Misin qiyməti son iki ilin ən yüksək səviyyəsinə çatıb

Qlobal mis qiymətləri son iki ilin ən yüksək səviyyəsinə qalxaraq “Comex” birjasında bir funt sterlinq üçün 4.819 dollara çatıb. Son iki ayda misin qiyməti 28% artıb.

“MarketWatch” yazır ki, “Comex” birjasında mayın 13-də keçirilən ticarətin nəticələrinə görə, iyun mis fyuçerslərinin qiyməti 2.2% artaraq 1 funt sterlinq üçün 4.766 dollar olub. Dünyada misin qiymətinin tarixi maksimumu 4 mart 2022-ci ildə metalın bir funt sterlinq üçün 4.9375 dollara satıldığı vaxt qeydə alınıb.

Mart ayında “FocusEconomics” hesabatında təmiz enerjiyə keçidin uzunmüddətli perspektivdə qlobal metal qiymətlərinin əsas hərəkətverici qüvvəsi olacağı bildirilir. Nəticədə, təşkilat mis qiymətlərinin növbəti onillikdə artmağa davam edəcəyini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
50
banker.az

10Mənbələr