AZ

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb- FOTO - VİDEO - YENİLƏNİB-1

Mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 58 ailə (224 nəfər) mənzillə təmin edilib. Köçürülmə prosesi davam edəcək.

***

08:23

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu dəfə ümumilikdə 38 ailə (136 nəfər) Şuşaya köçürülüb.

***

Saat 06:00

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu dəfə ümumilikdə 38 ailə (136 nəfər) Şuşaya köçürülür.

Bakı şəhərindən – 26 ailə (89 nəfər), Bərdə rayonundan – 3 ailə (12 nəfər), Sumqayıt şəhərindən – 2 ailə (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 ailə (6 nəfər), Zaqatala rayonundan – 1 ailə (5 nəfər), İsmayıllı rayonundan – 1 ailə (3 nəfər) və Ağdaş rayonundan – 1 ailə (3 nəfər) Şuşaya yola salınır.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülmüş olur.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
388
49
apa.az

10Mənbələr