AZ

Şuşa şəhərində daha 38 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOLAR

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

FED.az xəbər verir ki, 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini doğma yurduna qovuşub. Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar. (Azərtac)

ŞuşaŞuşaŞuşaŞuşaŞuşa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
13
fed.az

10Mənbələr