AZ

"Kişi ilə qadın arasında üçüncü növ" - Dövlət Baxçalı onu tənqid etdi

"Türkiyə Əsrinin hədəfləri hamımızın qəbul edəcəyi və reallığa çevrilməsi üçün çalışacağımız milli baxış hərəkatıdır". 

"Unikal" xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxışı zamanı deyib. 

 Baxçalı "Avroviziya"da baş verən hadisələri də şərh edib: "Narahat, ümidsiz, üfüqsüz, narazı kütlə psixoloji pozğunluqların, azğın meyllərin məngənəsindədir. 2024 "Avroviziya" Mahnı Müsabiqəsi bəşəriyyətin hansı təhlükə ilə üzləşdiyini üzə çıxarıb. Sənətdən daha çox siyasi məzmun daşıyan rəqabətin mənəvi çöküşə çevrilməsi, kişi ilə qadın arasında üçüncü növün meydana çıxması ibrət lövhəsinə çevrilib. Marjinallığın dozası dəhşətli səviyyədədir.

Müsabiqədə birinci yeri tutan kişi sənətçinin tüklü pencək və çəhrayı atlaz yubka ilə səhnəyə çıxması biabırçı degenerasiyanın təsdiqidir. Əgər buna müasirlik deyirlərsə, batsın belə müasirlik". 

Xatırladaq ki, İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) “The Code” mahnısı ilə 591 xal toplayaraq 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin qalib olub.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
297
50
unikal.az

10Mənbələr