AZ

Bu ilin 4 ayı üzrə neft-qaz göstəriciləri açıqlanıb

Bakı. Trend:

2024-cü ilin 4 ayı üzrə neft-qaz göstəriciləri açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyindən məlumatverilib.

Bildirilib ki, 2024-cü ilin yanvar - aprel ayları üzrə operativməlumatlara əsasən, 4 ay ərzində respublikada 16,7 milyard kubmetrtəbii qaz hasil edilib:

"Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyardkubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyardkubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünənisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.

4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edibki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr,Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-labu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən01 may 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 220,7milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasiledilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən155,2 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft(kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyontonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat)“Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payınadüşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyonton təşkil edib.

Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəqlolunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isəSOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismaraveriləndən 01 may 2024-cü il tarixinədək 636,2 milyon ton neft(kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensatçıxarılıb. Bundan 01 may 2024-cü il tarixinədək təqribən 634,2milyon tonu ixraca nəql edilib.

Hesabat dövründə neft emalı 2,2 milyon tona yaxın təşkiledib".

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
333
10
az.trend.az

10Mənbələr