AZ

Manaf: “Gecə saat 3-də Vəfa problemimi həll etdi” - VİDEO

Müğənni Manaf Ağayev qadın həmkarı Vəfa Şərifovanın ona qarşı etdiyi jestdən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişinə danışıb. 

M.Ağayev bildirib ki, V.Şərifova onun gecə saatlarında yarandığı problemini həll edib: 

“Bir müddət əvvəl gecə saat 03:00-da problemim yarandı. Gördüm ki, Vəfadan mənə zəng gəlir. O həmin saatda mənim əlimdən tutdu. Elə bir hərəkət etdi ki, kişi eləmədiyi bir hərəkət. Mən isə belə şeylərə çox həssas və diqqətçiləm. Çünki özüm də əl tutan insanam. Söhbəti yox, həmin dəqiqə mənim problemim öz həllini tapdı. Gecə ilə qaytarıldı, verildi... Elə bilirəm ki, o verilən hədiyyədir. Biri mənə hansısa köməyi edəndə elə bilirəm ki, onu mənə pay kimi verdi. Mən də işlərimi o payla gördüm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
bizim.media

10Mənbələr