AZ

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;

2. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

4. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Koroğlu Rəhimov küçəsi, akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
316
9
oxu.az

10Mənbələr