AZ

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Bakı. Trend:

Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci BaşAssambleyasının iclası keçiriləcək.

UNEC-dən Trend-ə bildirilib ki, Türk dünyasının 50-dən çoxuniversitetinin rektorlarının iştirakı ilə keçiriləcək beynəlxalqtədbirdə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olanməsələlər müzakirə ediləcək. Eyni zamanda, TÜRKÜNİB-ə üzvlükləbağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.

Qeyd edək ki, TÜRKÜNİB-in qurulmasının əsas məqsədi ortaqtarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələriarasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olanuniversitetlərin elm və təhsil sahəsində proqramlarınınuyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması,diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəmininyaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin,konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrinhəyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrininqurulmasıdır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
15
az.trend.az

10Mənbələr