AZ

Yuxuda tort yemək nə deməkdir? - Zövq və ərköyünlük

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də tortdur. Bəs, yuxuda tort görmək hansı mənaya gəlir?

Milli.Az lent.az-a istinadən yuxuda tortun hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Tort ən çox görülən yuxulardan biridir. Yuxuda tort görmək, ümumiyyətlə xoş xəbər alacağınıza işarədir. Yuxuda tort görmək var-dövlətin artacağına və ya müjdəli bir xəbər almaya yozulur. Yuxuda görülən tort daha çox xeyirxahlığı ifadə etdiyi üçün yuxunun yanlış yozulmasından narahat olmamaqda fayda var.

Yuxuda tort hazırlamağın mənası nədir?

Bir insan yuxusunda özünü tort hazırlayıb bişirdiyini görsə, o adamın gələcəyi ilə bağlı ipucu əldə etməsi mümkündür. Tort bişirmək başqa mənada insanın öz yolunu  xeyirə cızacağına işarədir. İki yöndən baxanda xeyirli və xeyirsiz olaraq yozulur.

Yuxuda tort yeməyin mənası nədir?

Yuxuda tort yediyini görən insan yuxunu mənfi yozmamalıdır. Bir insan özünü tort yeyərkən görsə, əyləncəli bir mühitlə qarşılaşacağına və xoşbəxt anlara şahid olacağına yozulur. Kim yuxuda tort yediyini görsə, bu eyni zamanda uzun bir yola da işarədir.

Yuxuda tort verməyin mənası nədir?

Yuxuda tortu kəsib paylamağın müxtəlif yozumları olur. Bu yuxu, insanın yardımsever bir şəxsiyyət olduğuna işarədir. Tortun paylanması isə yaxın gələcəkdə ehtiyacı olan insanlara kömək edəcəyinə və nəticədə təqdir olunacağına işarədir. Tortların paylanması həm də insanın öz var-dövlətini və ruzisini qurban vermədən bir çox insanlara kömək edəcəyinin göstəricisi ola bilər.

Yuxuda tort tutmaq nədir?

Yuxu sahibinin əgər sevgilisi varsa, bu daha çox xeyirli şəkildə yozulur. Bu yuxunu görən adamın sevgilisi onu çox xoşbəxt edəcəyinə işarədir. Onun sevgilisi tərəfindən layiq olduğu sevgini və diqqəti görəcəyinə şərh edilir.

Yuxuda tortu əlindən yerə salmağın mənası nədir?

Kədər və sıxıntıya işarədir. Bu yuxu insanın sevdiyinə xəyanət edə biləcəyi, qarşılaşdığı bir hadisədə sıxıntı yaşaya biləcəyi, səhhətinin pisləşə biləcəyi və ya onunla mübahisə edərək çətin vəziyyətə düşə biləcəyi kimi şərh edilir. Tortu yerə atmaq, yaxşı başlayan bir işin pis bitəcəyinə, sevilən bir insandan pis xəbər alacağına və uzun müddət üzərində işlədiyiniz bir işin pis sonlanacağına işarə edir.

Yuxuda şokoladlı tort görməyin mənası nədir?

Bu yuxunu görən insan sevdiyi insanla səyahətə çıxacağına, iş planlarını reallaşdıracağına, iş həyatında uğurlu bir dövrə girəcəyinə və ailə həyatı qurmağa qərar verəcəyinə işarədir. Bu insanın problemlərini ən qısa zamanda həll edə biləcəyinə işarədir. 

Yuxuda çiyələkli tort görmək nədir?

Yuxuda çiyələkli tort görmək şəhvətli və şirnikləndirici istəklərinizi ifadə edir. Çiyələk çox vaxt qadın keyfiyyətləri və qadın cinsiyyəti ilə əlaqələndirilir. Alternativ olaraq yuxuda çiyələk tortu görmək, fikirlərinizin və məqsədlərinizin tezliklə reallaşacağına işarədir.

Yuxuda meyvəli tort görmək nədir?

Yuxuda meyvəli tort görmək, onu çox sevindirəcək xoş bir xəbər alacağına işarə edir. Digər yuxu alimlərinə görə, insanın yeni bir dövrə girəcəyinə və müxtəlif səbəblərlə yeni yerlərə gedə biləcəyinə işarə olaraq yozulur.

Yuxuda tort gizlətməyin mənası nədir?

Bir səhvin düzəlməsi üçün götürülən borcun daha da artacağına, işinin pisləşəcəyinə, itkilərin artacağına, sevdiyi insanla dalaşacağına, qorxduğu şeyin baş verəcəyinə işarə etdiyi deyilir. Başa gəlməsi qorxulan hadisələrin yaşanacağına dəlalət edir. Yuxuda gizlənilən tortu qardaşına vermək, insanın çatışmayan bir mövzuda ağıllanacağına, böyük gəlir əldə edə biləcəyi bir layihə həyata keçirəcəyinə, sağlamlığı ilə bağlı mühüm qərar verəcəyinə işarədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
33
milli.az

10Mənbələr