AZ

Rusiya ilə Ukrayna arasında barışıq ola bilərmi? - Xarkova hücum olarsa...

“Rusiya ordusunun Xarkova hücumu Kiyevi Moskva ilə barışıq əldə etməyə məcbur edə bilər”.

 

Sfera.az bildirir ki, bu barədə “The New York Times” qəzetində yazılıb. Materialda qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Xarkovun müdafiəsini yarsa, o zaman Qərbin nəzərində Kiyevə çox milyard dollarlıq investisiyalar boşa çıxacaq.

 

“Bu, öz növbəsində, Ukrayna rəhbərliyinə Rusiya ilə barışıq əldə etmək üçün təzyiqi artıra bilər”, - əlavə edilib.

 

Daha əvvəl NYT yazıb ki, Ukrayna bütün gücü ilə Xarkov istiqamətində mövqelərini saxlamağa davam edərsə, ordusunun böyük hissəsini itirə bilər. İstefada olan avstraliyalı general Mik Rayan isə bildirib ki, belə bir inkişaf Ukrayna Silahlı Qüvvələrinin sıralarında mənəviyyatı sarsıdacaq.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
41
sfera.az

10Mənbələr