AZ

ABŞ və İsrail rəsmiləri Rəfahı MÜZAKİRƏ EDİB

ABŞ və İsrail rəsmiləri Rəfahda hərbi əməliyyata alternativləri müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Məsləhətləşmələrdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi iştirak edib. Onlar telefon danışığında Qəzza zolağındakı vəziyyətə və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi istiqamətində davam edən səylərə toxunublar.

Sallivan ABŞ prezidenti Co Baydenin bir milyondan çox insanın sığındığı Rəfahda böyük quru hərbi əməliyyatının mümkünlüyü ilə bağlı narahatlığını davam etdirdiyini deyib. Haneqbi İsrailin ABŞ-ın mülahizələrini nəzərə aldığını təsdiqləyib. Onlar tezliklə üzbəüz görüş təşkil etmək barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
3
nocomment.az

10Mənbələr