AZ

Məşhur aktyor vəfat etdi - FOTO

"Quzuların sükutu" filmində oynayan amerikalı aktyor və rejissor Rocer Korman 98 yaşında vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, sənətçi mayın 9-da dünyasını dəyişsə də, bu, yalnız indi məlum olub. Korman Kaliforniyadakı evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Korman 5 aprel 1926-cı ildə Detroytda anadan olub. O, aktyorluq karyerası ilə yanaşı, kiçik büdcə ilə filmləri tez çəkməyi bilən rejissor kimi də yadda qalıb. Korman ilk filmini 1955-ci ildə, 1960-cı ildə isə cəmi iki günə 30 min dollara “Kiçik Dəhşət Dükanı” filmini çəkib.

Aktyorun portfelində 50-yə yaxın layihə var. Tamaşaçılar onu “Xaç atası” və “Quzuların sükutu” filmlərindəki işi ilə xatırladılar. 2009-cu ildə kinonun inkişafındakı xidmətlərinə görə "Oskar" mükafatına layiq görülüb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
41
news24.az

10Mənbələr