AZ

lin ən yaxşı futbolçusu adına 20 namizəd - “Globe Soccer Awards” siyahı açıqladı

“Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

“Football-plus.az” xəbər verir ki, siyahıya 20 futbolçunun və 15 baş məşqçinin adı salınıb. “Mançester Siti” hamıdan çox – 4 futbolçu ilə təmsil olunur. “Real” və “İnter”in isə “20-lik”də hərəyə üç oyunçusu var.

2024-cü ilin futbolçusu adına namizədlərin siyahısı:
1. Alessandro Bastoni (“İnter”, İtaliya yığması)
2. Cud Bellingem (“Real”, İngiltərə)
3. Hakan Çalxanoğlu (“İnter”, Türkiyə)
4. Fil Foden (“Mançester Siti”, İngiltərə)
5. Antuan Qrizmann (“Atletiko”, Fransa)
6. Aleks Qrimaldo (“Bayer-04”, İspaniya)
7. Seri Girassi (“Ştutqart”, Qvineya)
8. Erlinq Holann (“Mançester Siti”, Norveç)
9. Mats Hummels (“Borussiya” D, Almaniya)
10. Harri Keyn (“Bavariya”, İngiltərə)
11. Coşua Kimmix (“Babariya”, Almaniya)
12. Toni Kroos (“Real”, İspaniya)
13. Lautaro Martines (“İnter”, Argentina)
14. Kilian Mbappe (PSJ, Fransa)
15. Koul Palmer (“Çelsi”, İngiltərə)
16. Rodri (“Mançester Siti”, İspaniya)
17. Bukayo Saka (“Arsenal”, İngiltərə)
18. Məhəmməd Salah (“Liverpul”, Misir)
19. Bernardo Silva (“Mançester Siti”, Portuqaliya)
20. Vinisius Junior (“Real”, Braziliya)
2024-cü ilin baş məşqçisi adına namizədlərin siyahısı:
1. Xabi Alonso ("Bayer-04", Almaniya)
2. Ruben Amorim ("Sportinq", Portuqaliya)
3. Karlo Ançelotti ("Real", İspaniya)
4. Mikel Arteta ("Arsenal", İngiltərə)
5. Unay Emeri ("Aston Villa", İngiltərə)
6. Luis Enrike (PSJ, Fransa)
7. Can Pyero Qasperini ("Atalanta", İtaliya)
8. Xosep Qvardiola ("Mançester Siti", İngiltərə)
9. Sebastyan Heness ("Ştutqart", Almaniya)
10. Simone İnzaqi ("İnter", İtaliya)
11. Miçel ("Jirona", İspaniya)
12. Tyaqo Motta ("Bolonya", İtaliya)
13. Edin Terziç ("Borussiya", Dortmund, Almaniya)
14. Tomas Tuxel ("Bavariya", Almaniya)
15. Xavi ("Barselona", İspaniya)

2023-cü ildə “Globe Soccer Awards”ın versiyası üzrə ən yaxşı futbolçu adını Holann, ən yaxşı baş məşqçi adını isə Pep Qvardiola qazanmışdı. Bu mükafatın ənənəvi xarakter daşıdığını, 2011-dən bəri hər il təqdim olunduğunu da xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
football-plus.az

10Mənbələr