AZ

Baqrat sevinir: Birini tapdıq, qaldı 18-i...

Azərbaycanla delimitasiyaya qarşı etiraz aksiyası başladan və Nikol Paşinyanın impiçmenti üçün hərəkətə keçən keşiş Baqrat Qalstanyan müstəqil deputat İşxan Zakaryanın onlara qoşulduğunu elan edib.
BUTA.TV xəbər verir ki, o, bu haqda bu gün keçirilən mitinqdə bildirib. Keşiş Baqrat deyib ki, Zakaryanla iki dəfə görüşüb və o, Paşinyana qarşı impiçment başlatmaq təklifini rədd etməyib. Onun sözlərinə görə, artıq müxalifət fraksiyalarının “birinci mərhələni keçdiyini” təxmin etmək olar: “İndi qalır iki əsas məsələ: daha 18 deputatın tapılması və baş nazirliyə namizədin müəyyənləşdirilməsi”. Keşiş bir daha baş nazirliyə iddiasını ortaya qoyub və “xalq istəsə”, “katolikosun xeyir-duası ilə” istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə qarşı impiçmentin başlanması üçün deputatların 1/3-nin səsi lazımdır. Ermənistan parlamentində 107 deputat var və prosesi başlatmaq üçün 36 deputat müraciət etməlidir. Parlamentdə “Ermənistan” (Robert Köçəryan) fraksiyasının 29, “Şərəfim var” (Serj Sərkisyan) fraksiyasının isə 6 deputatı var. İşxan Zakaryan “Şərəfim var” blokundan seçilib, daha sonra isə partiyadan istefa verərək, müstəqil fəaliyyət göstərir. Müxalif fraksiyaların ümumi deputat yeri 35 olduğundan, impiçment prosesi üçün daha bir deputat səsinə ehtiyac var. Əgər 36 deputatın imzası ilə məktub daxil olarsa, 72 saat müddətində səsvermə olmalıdır. Baş nazirə etimadsızlıq üçün parlament deputatlarının yarıdan çoxu - ən azı 54 deputat səs verməlidir.

Nikol Paşinyanın “Mülki Müqavilə” fraksiyası parlamentdə mütləq üstünlüyə (71 mandat) sahibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
22
buta.tv

10Mənbələr