AZ

Donuz böyrəyi köçürülən ilk xəstə öldü

Geni dəyişdirilmiş donuz böyrəyi köçürülən ilk xəstə əməliyyatdan təxminən iki ay sonra vəfat edib.

“Cebhe.info” xəbər verir ki, bu barədə ailəsi və əməliyyatın aparıldığı xəstəxana bildirib.

Richard Sleiman mart ayında 62 yaşında Massaçusettsdəki General Hospitalda böyrək köçürülüb.

Cərrahlar donuz  böyrəyinin insan bədənində ən azı iki il davam edəcəyinə inandıqlarını söyləmişdilər.

Massachusetts General Hospitalın transplantasiya qrupu vSleimanın ölümündən dərin kədərləndiyini və ailəsinə başsağlığı verdiyini bildirib. Onun transplantasiya nəticəsində öldüyünə dair heç bir əlamət olmadığı vurğulanıb.

Massaçusets sakini bu proseduru keçirən ilk canlı insan olub. Əvvəllər donuz böyrəkləri müvəqqəti olaraq beyin ölümü olan donorlara köçürülürdü. İki kişi donuzlardan ürək transplantasiyası alıb, lakin hər ikisi aylar ərzində ölüb.

Sleiman 2018-ci ildə xəstəxanada böyrək transplantasiyası əməliyyatı keçirib, lakin uğursuzluq əlamətləri görünəndə keçən il dializə qayıtmalı olub. Tez-tez prosedurlar tələb edən dializ zamanı ağırlaşmalar yarandıqda, həkimlər onu donuz böyrəyi ilə köçürməyi təklif ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
308
2
turanpress.com

10Mənbələr