AZ

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinciyarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağıehtimalı var.

Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərbrayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədəkfasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur,Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dəkgüclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağıenəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğunartacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsininərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyigözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
37
az.trend.az

10Mənbələr