AZ

Rusiyanın Belqorod şəhərinə endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı artıbYENİLƏNİB-1

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.

13:58

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində onmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində yaralananların sayı artıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişinin tamamilə çökməsi nəticəsində 30 nəfər yaralanıb.

TASS isə zədələnmiş yaşayış binasının damının bir hissəsinin xilasedicilərin üzərinə uçduğu barədə xəbər yayıb.

Qeyd olunub ki, indiyə qədər dağıntılar altından 12 nəfər xilas edilib.

13:50

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə dağılıb.

İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu istisna edilmir.

“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
11
xezerxeber.az

10Mənbələr