AZ

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı il təvəllüdlü Müzəffərov Elçin Abbasağa oğlu və 1978-ci il təvəllüdlü Müzəffərova Natavan Əyyüb qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
49
big.az

10Mənbələr