AZ

 “Avroviziya” qalibi mükafatını səhnədə sındırdı - VİDEO

“Avroviziya 2024”ün isveçrəli qalibi Nemo müsabiqənin bağlanış mərasimində çıxışı zamanı qazandığı şüşə mikrofonu səhnədə sındırıb.

"Unikal" xəbər verir ki, müğənni şəffaf şüşədən hazırlanan klassik mikrofon şəklində olan əl işini səhnədə yerə qoyarkən təsadüfən iki yerə bölünüb.

Qeyd edək ki, İsveçrə Malmödə keçirilən mahnı müsabiqəsində Nemonun “The Code” mahnısı 591 xalla qalib olub. O, münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
37
unikal.az

10Mənbələr