AZ

ABŞ daşqından zərər çəkmiş Braziliyaya yardım etməyə çalışır

Amerika hakimiyyəti Braziliyadan olan həmkarları ilə əlaqə saxlayır və daşqından zərər çəkmiş ölkəyə yardım göstərməyə çalışır.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yazılı açıqlama verib.

"Mənim administrasiyam braziliyalı tərəfdaşlarımızla əlaqə saxlayır və Birləşmiş Ştatlar cavab tədbirlərinə rəhbərlik edən Braziliya səlahiyyətliləri ilə koordinasiyada Braziliya xalqına lazımi yardım göstərmək üçün çalışır. Birləşmiş Ştatlar bu çətin dövrdə Braziliyanın yanındadır", - Bayden qeyd edib. 

Ötən həftənin əvvəlində Braziliyanın cənubunda güclü yağışlar başlayıb. Səlahiyyətlilərə görə, daşqın səbəbiylə təxminən 340 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, ən azı 136 adam ölüb, 141 nəfər itkin düşüb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
50
operativmedia.az

10Mənbələr