AZ

Səfirimiz Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə etdi

Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie Azərbaycan səfiri Ruslan Nəsibovu qəbul edib.

525.az xəbər verir ki, bu barədə Efiopiyanın baş diplomatı sosial şəbəkədə bildirib.

“Azərbaycanın səfiri cənab Ruslan Nəsibov ilə görüşdə ikitərəfli əməkdaşlığımızın gücləndirilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 Sammiti ilə bağlı müzakirələr aparılıb”, – XİN başçısı qeyd edib.

O, COP29-un “planların gerçəkləşdiyi yer olacağına və iqlim fəaliyyətinə dair anlamlı addımlar atan ölkələrin iqlim böhranını həll etmək səylərində tanınacaq və dəstəklənəcəyi bir hadisə olacağına ümidvar olduğunu” vurğulayıb.

Xatırladaq ki, martın 14-də Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təqdim etmişdi.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
50
525.az

10Mənbələr