AZ

İsrail ordusu Cəbəliyyədə HƏMAS-a qarşı əməliyyata başladığını elan edib

İsrail ordusu Cəbəliyyədə HƏMAS-a qarşı əməliyyata başladığını elan edib

İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri keçirdiyi brifinqdə bildirib.

“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək cəhdlərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün ərazidə əməliyyatlar həyata keçiririk”, - deyə o qeyd edib.

“Əsgərlər Beyt Hanun və Beyt Lahia (Cəbəliyənin şimalında yerləşir - red.) təhlükəsizlik hasarının yaxınlığındakı ərazilərdə terror infrastrukturuna qarşı əməliyyatlara başlayıblar”, - deyən Həcəri bildirib ki, İsrail hərbçiləri Cəbəliyyədə radikalların hədəflərini vurmağa başlayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
411
50
afn.az

10Mənbələr