AZ

“Qarabağ” “Zirə”yə qalib gəldi - VİDEO

Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, bu gün iki oyun baş tutub. 

Günün sonuncu oyunu “Zirə” ilə “Qarabağ” arasında keçirilib. Bu oyunda Ağdam təmsilçisi minimal hesabla qalib gəlib. Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1, “Turan Tovuz” isə “Araz-Naxçıvan”a 1:0 hesabıyla qalib gəlib. 

Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

Premyer Liqa

34-cü tur

11 may

“Zirə” – “Qarabağ” 0:1

Qol: Olavio Juninyo, 34-pen.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.

Zirə İdman Kompleksi stadionu, 19:30.

Zirə: 41. Anar Nəzirov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 95. Çerkez Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.

Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 6. Julio Romao, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
28
bizim.media

10Mənbələr