AZ

Maskdan geomaqnit qasırğası ilə bağlı açıqlama

“Starlink” internet peykləri güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

"Ölkə.az" xəbər verir ki, bu barədə amerikalı iş adamı və "SpeysX" şirkətinin sahibi İlon Mask özünün sosial şəbəkə hesabında məlumat verib.

“Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər", - deyə o bildirib.

Mask əlavə edib ki, hazırda Günəş aktivliyi səbəbindən qeydə alınmış geomaqnit qasırğası uzun illər ərzində ən güclüdür.

Qeyd edək ki, ABŞ Meteorologiya Xidməti 2003-cü ildən etibarən ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum G5 səviyyəsinə qaldırıb. Xəbərdarlıq olunub ki, geomaqnit qasırğası 2 günə yaxın davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
11
olke.az

10Mənbələr